İnsanlara hürriyət, millətlərə istiqlal!

Sudanın yeni baş naziri hökuməti buraxıb

Sudanın yeni baş naziri Kamil İdris hökumətin buraxıldığını elan edib.

“Report” xəbər verir ki, bu barədə “Sudan” xəbər agentliyi məlumat yayıb.

K.İdris nazirlərə və onların müavinlərinə yeni kabinet formalaşana qədər vəzifələrini icra etmələri barədə göstəriş verib.

Mayın ortalarında Sudanın Suveren Şurasının (ölkənin müvəqqəti idarəetmə orqanı) sədri Əbdülfəttah əl-Burhan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının keçmiş rəhbəri və prezidentliyə namizəd Kamil İdrisi baş nazir təyin edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR