İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada xəstəxananı yandıran 72 yaşlı kişi saxlanılıb

Almaniya polisi Hamburqdakı Müqəddəs Məryəm xəstəxanasını yandırmaqda şübhəli bilinən 72 yaşlı kişini saxlayıb.

“Report” xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.

Nəşr vurğulayıb ki, şahidləri dindirdikdən sonra istintaq yanğının qəsdən xəstələrdən biri tərəfindən törədildiyi qənaətinə gəlib.

Qeyd olunub ki, yanğın zamanı 50-dən çox insan xəsarət alıb, daha 3 nəfər ölüb. Şübhəli klinikada saxlanılıb və o, bazar ertəsi, iyunun 2-də məhkəmə qarşısına çıxarılacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR