İnsanlara hürriyət, millətlərə istiqlal!

HindistanTürkiyə şirkətləri ilə müqavilələri ləğv etdi – Yeni Dehli düşmənçilik yolu tutdu

Hindistanın ən böyük hava yolu şirkəti Air India donanmasında olan Boeing 777 təyyarələrinə texniki xidmət göstərən türk şirkəti Turkish Technic ilə əməkdaşlığı dayandırdığını açıqlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məlumatı NDTV-də Air India-nın baş direktoru Kempbell Uilson açıqlayıb.

Vilson “Turkish Technic”lə müqavilənin ləğvini təsdiqləyib: "Bu formada biznesin davam etdirilməsi ilə bağlı narahatlıqlar yaranarsa, biz alternativlər tapacağıq. Biz ictimai rəyə hörmət etmək istəyirik".

Bundan əvvəl Hindistanda Yeni Dehli və Mumbay da daxil olmaqla doqquz böyük hava limanında yerüstü xidmətlər göstərən Türkiyənin Celebi Aviation şirkətinin təhlükəsizlik lisenziyası ləğv edilib. Eyni zamanda Hindistanın “İndiGo” aviadaşıyıcısına üç ay ərzində Türk Hava Yollarından təyyarələrin icarəyə götürülməsini dayandırmaq tapşırılıb.

Qeyd edək ki, Hindistan Xarici İşlər Nazirliyi bir müddət əvvəl açıqlayıb ki, ölkəsi Pakistana qarşı qondarma iddialarla başladılan “Sindoor” əməliyyatı zamanı Türkiyədən Pakistana diplomatik və hərbi yardım göstərilməsi faktını nəzərə alıb. Hindistan hökumət mənbələri NDTV-yə bildiriblər ki, Türkiyə dost ölkə olaraq qalmasına baxmayaraq, Pakistana davamlı dəstəyi Hindistanın onunla əlaqələrinə, o cümlədən ölkədəki türk şirkətlərinin fəaliyyətinə təsir göstərə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR