İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur və qoca manyakın mühakiməsi - Vaynşteyn aktrisaları seksə vadar edirmiş

Nyu-Yorkun münsiflər heyəti Harvi Vaynşteyni bir cinsi zorakılıqda təqsirli bilib, ikincisində isə ona bəraət verib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, məhkəmə 73 yaşlı müttəhimi 2006-cı ildə prodüser köməkçisi Miriam Haleyi cinsi yaxınlığa məcbur etməkdə təqsirli bilib. Eyni zamanda, münsiflər heyəti keçmiş model Kaya Sokolanın iddiası üzrə irəli sürülən ittihamda ona bəraət qazandırıb.

Vaynşteynin 2013-cü ildə stilist və aktrisa Jessika Manna cinsi təcavüzü ilə bağlı üçüncü faktla bağlı hələ qərar verilməyib. “The Guardian” xəbər verir ki, münsiflər heyəti konsensusa gələ bilməyib və hakim onlara məsləhətləşməni davam etdirməyi tövsiyə edib.

Vaynşteyn ilkin olaraq 2020-ci ildə Jessika Mannın zorlanmasına və Miriam Haleyi seksə məcbur etməsinə görə 23 il həbs cəzasına məhkum edilib. Ancaq 2024-cü ilin aprelində bu hökm ləğv edilib və iş yeni məhkəmə üçün eyni Manhetten məhkəməsinə göndərilib. Ləğv edilmiş hökmə baxmayaraq, Vaynşteyn cəzasını çəkməyə davam edir - 2023-cü ildə Los-Anceles məhkəməsi onu zorlama və 2013-cü ildə törədilən iki cinsi təcavüzə görə 16 il həbs cəzasına məhkum edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR