İnsanlara hürriyət, millətlərə istiqlal!

“Milla”da çilingərin əli sındı, amma şirkətdən zərəri ala bilmədi - SƏBƏB

“Milla Dairy” MMC-də çilingər iş zamanı xəsarət alıb. Onun əli sınıb. İşçi buna görə şirkəti günahkar bilib.

Musavat.com xəbər verir ki, çilingər Murad Məmmədov şirkətə məxsus avtomobili təmir edərkən bolt qırılıb və əlindən xəsarət alıb.

M.Məmmədov bildirib ki, avtomobilin sürət qutusunun bərkidilmə boltlarının yarasız olması barədə dəfələrlə məlumat verdiyini deyib. Boltların yenisi ilə əvəz olunmasını tələb edib.

Məmmədov tələblərini şifahi qaydada etdiyini bildirib. İşin “whatsapp” qrupunda da bu barədə məlumat paylaşıb.

Həkimə müraciət edən Məmmədov əlinin sındığını öyrənib. Əlinə gips qoyulsa da sınıq düzgün bitişməyib. O, fizioterapiya ilə müalicəni davam etdirib.

Məmmədov şikayətində dəymiş zərərin ödənilməsini tələb edib.

Məhkəmə araşdırması zamanı Məmmədovun iş vaxtı xəsarət alması, təhlükəsizlik qaydalarına əməl edilməməsi aydınlaşıb. Lakin hadisədən bir ildən çox müddət keçdiyi üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilib.

Qeyd edək ki, “Milla Dairy” MMC ölkədə süd və süd məhsulları istehsal edən böyük müəssisələrdən biridir.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

BÜTÜN XƏBƏRLƏR