İnsanlara hürriyət, millətlərə istiqlal!

Minsk qrupu 1 dekabradək fəaliyyətini dayandıracaq

ATƏT-in Minsk qrupu 1 dekabradək fəaliyyətini tamamilə dayandıracaq.

Musavat.com xəbər verir ki, bu barədə təşkilatın fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen İrəvanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.

Valtonen Bakı və İrəvan arasında münasibətlərin normallaşması prosesinə dəstəyini ifadə edib və “8 avqustda Vaşinqtonda atılan mühüm addımların” sülh prosesində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, Ermənistanın sülhə sadiqliyi “bütün maneələrə baxmayaraq” davam edir.

Finlandiyalı nazir qeyd edib ki, Azərbaycan və Ermənistan arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən, ATƏT-in Minsk qrupunun buraxılması prosesi artıq başlayıb və 1 dekabr tarixinədək başa çatacaq. Bununla yanaşı, ATƏT Ermənistanla bir sıra istiqamətlər üzrə əməkdaşlığı davam etdirməyə hazırdır.

“Hazırda sülh prosesi mühüm mərhələdədir və bu istiqamətdə atılan ümidverici addımlar davam etməlidir”, - deyə Valtonen bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR