İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirasa görə qardaşı oğlunu diri-diri yandırdı - ŞOK GÖRÜNTÜLƏR

Adanada miras mübahisəsi zəminində baş verən dəhşətli hadisədə, əmi 16 yaşlı qardaşı oğlunun üstünə yanar maddə tökərək onu diri-diri yandırıb.

Musavat.com xəbər verir ki, dəhşətli anlar təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

İyunun 7-si 16 yaşlı Deniz K. evdən çıxarkən əmisi ona sürətlə yaxınlaşaraq əlindəki yanar mayeni üzərinə töküb və od vurub.
Hadisədən sonra hadisəni törədən şəxs 112-yə zəng edərək məlumat verib.

Bədənində 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri olan Deniz K. hazırda reanimasiyada müalicə altındadır. Gənc, verdiyi açıqlamada futbolçu olmaq arzusunda olduğunu bildirib:

“Çox arzularım var idi. Futbolçu olacaqdım, Türkiyədə diplomlarım, medallarım var idi. Məni bu hala saldı. Allah cəzasını versin”.
Şübhəli əmi polis tərəfindən saxlanaraq məhkəmə qərarı ilə həbsxanaya göndərilib. Hadisə ilə bağlı araşdırma davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR