Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın Qahirədəki səfirliyi əsas binasının müvəqqəti bağlandığını elan edib. Musavat.com xəbər verir ki, məlumatı səfirlik facebook hesabında açıqlayıb.
Məlumata görə, bu addım Misir hakimiyyəti səfirliyin mühafizəçilərini geri çağırmasından sonra atılıb: "Bazar günü, avqustun 31-də Misir hakimiyyəti Böyük Britaniyanın Qahirədəki səfirliyinin əsas binasını mühafizə edən təhlükəsizlik qüvvələrini geri çəkmək qərarına gəlib. Bunu nəzərə alaraq, vəziyyət dəyişənə qədər səfirlik binasının bağlanması qərara alınıb".
Misir rəsmiləri hadisə ilə bağlı hələlik şərh verməyib.
Musavat.com
02 Sentyabr 2025
02:59 Tramp ikinci prezidentlik müddətinin 30 faizini qolf meydançasında keçirib – Maraqlı hesablama
01 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ