İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Moskvadan uçan təyyarə SOS siqnalı verdi

Moskvadan Soçiyə uçan "Ural Hava Yolları"na məxsus sərnişin təyyarəsi bortda fövqəladə vəziyyət siqnalı verib.

Musavat.com xəbər verir ki, Rusiya mediasının məlumatına görə, ekipaj ciddi texniki nasazlıqla bağlı beynəlxalq fövqəladə vəziyyət kodu olan 7700 siqnalını ötürüb.

"Flightradar" xidmətinin məlumatına əsasən, təyyarə 10 min metr hündürlükdə olmasına baxmayaraq, cəmi 280 km/saat sürətlə hərəkət edib ki, bu da normal göstəricidən xeyli aşağıdır. Lakin mənbə bildirir ki, bəzi hallarda bu servisin məlumatları yanlış ola bilər.

"Ural Hava Yolları"ndan verilən açıqlamaya görə, bortda təhlükəsizlik sisteminin siqnalı işə düşüb və bu səbəbdən uçuşu davam etdirmək mümkün olmayıb. Ekipaj ehtiyat hava limanına enmək qərarı verib və təyyarə "Həştərxan" hava limanında uğurla eniş edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Avqust 2025

09 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR