İnsanlara hürriyət, millətlərə istiqlal!

Nadir Qafarzadədən səs-küylü açıqlama: “Şərq qadını savadsızdır, Qərb qadını ağıllı!”

Abşeronun Aşağı Güzdək qəsəbəsində baş verən qalmaqallı hadisə – 16 yaşlı qızın məscid axundu tərəfindən qaçırılması ölkədə böyük rezonansa səbəb olub. Sosial şəbəkələrdə mövzu ilə bağlı sərt reaksiyalar səngimir.

Musavat.com bildirir ki, bu qalmaqallı olayla bağlı tanınmış müğənni Nadir Qafarzadə də münasibət bildirib.

O, sosial media şərhində hadisəni Şərq cəmiyyətində qadın mövqeyinin zəifliyi və savadsızlıqla əlaqələndirib:

“Şərq qadını, qaynar qan... Bunların hamısı savadsızlıqdan irəli gəlir! Qərb qadını isə savadlı və ağıllı olduğuna görə daha düzgün addım atır”.

Nadir Qafarzadənin bu fikirləri birmənalı qarşılanmayıb.

Xatırladaq ki, məscid axundu tərəfindən azyaşlı qızın qaçırılması faktı hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Hadisənin dini məkanla bağlı olması isə məsələni daha da həssas edib.

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyun 2025

21 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR