İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlik əməkdaşının həbs olunması barədə İDDİALARA CAVAB - RƏSMİ

Həmkəndlisini döydüyü üçün həbs edilən Bayramov Taleh Bəxtiyar oğlunun DOST Mərkəzinin nəzarətçi köməkçisi vəzifəsində işlədiyi barədə bəzi saytlarda qeyd edilənlər doğru deyil.

Bu barədə Musavat.com-a DOST Agentliyindən məlumat verilib.

Bildirilib ki, həmin şəxs Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin, o cümlədən DOST Agentliyinin və ya DOST Mərkəzinin əməkdaşı deyil.

"O, “DOST İş” Mərkəzi tərəfindən ödənişli ictimai işlər proqramı çərçivəsində Zaqatala Regional Qaz İstismarı İdarəsinin Balakən rayonu üzrə ictimai işlər üzrə köməkçi işi ilə təmin edilib.

Dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatı yayan saytlardan bu barədə təkzib yayımlamalarını xahiş edirik" - məlumatda qeyd edilib.

***

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı həbs edilib.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə Şəki Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb.

Məhkəmənin hökmü ilə nazirliyin tabeliyində "DOST" Mərkəzinin nəzarətçi köməkçisi vəzifəsində işləyən şəxs 3 il azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

Nazirlik əməkdaşı həmkəndlisini ölümcül döyməkdə ittiham olunur. Belə ki, təqsirləndirilən şəxs Balakən rayonunun Kortala kəndindəki şadlıq sarayında keçirilən toy məclisində həddindən artıq spirtli içki qəbul edərək həmkəndlisi ilə mübahisə edib. Mübahisə zamanı o, həmkəndlisinin baş nahiyəsinə ağır xəsarətlər yetirib.

Yaralı xəstəxanaya çatdırılıb və dərhal əməliyyat olunub.

Faktla bağlı cinayət işi başlanıb və nazirlik əməkdaşı məsuliyyətə cəlb edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

28 May 2025

BÜTÜN XƏBƏRLƏR