Onlayn ictimai-siyasi qəzet
İsrailin baş naziri Binyamin Netanyahu bəyan edib ki, ölkəsi HƏMAS-a qarşı mübarizəni hələ başa çatdırmayıb və məqsəd terror təşkilatını tamamilə məhv etməkdir.
Musavat.com xəbər verir ki, Netanyahunun sözlərinə görə, İsrail ordusu əməliyyatları sona qədər davam etdirməkdə qərarlıdır və təhlükəsizlik bərpa olunmadan geri çəkilmək planlaşdırılmır.
“Bizim məqsədimiz aydındır – HƏMAS-ı tam şəkildə aradan qaldırmaq və İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək,” – deyə Netanyahu vurğulayıb.
Musavat.com
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ