Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Nəzakət Teymurova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından getməsindən danışıb.
Bu haqda "Söhbət var" verilişində söz açan xanəndə narazıçılığı olduğunu bildirib:
"Təbii ki, narazıçılıqlar var idi. Heç kim bilmir niyə getdim. Hər şeyi efirdə danışmazlar. Bizim muğam sənətinə dedi-qodu yaraşdırmıram. Hər zaman sənətə ciddi yanaşmışıq, bunu da qoruyaq. Söz atmaqla işim yoxdur".
Qeyd edək ki, N.Teymurova 7 illik fasilədən sonra 2024-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə çıxıb. (Axşam.az)
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ