Onlayn ictimai-siyasi qəzet
Niderlandın Baş naziri Dik Shof Kopenhagendə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə ticarət, logistika və dəniz daşımaları sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdiyini bildirib.
Bu barədə o, "X" sosial şəbəkəsində məlumat verib.
"Avropa Siyasi Birliyinin Kopenhagendə bu gün keçirilən görüşündə mən Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. Ölkələrimiz arasındakı əlaqələri və Ermənistan və Azərbaycan arasında sülh prosesində əldə olunan tərəqqini yüksək qiymətləndirdiyimi bildirdim. Biz ticarət, logistika, dəniz daşımaları kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik", - o yazıb./Report
02 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ