İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin: “Rusiya iki dəfə NATO-ya qoşulmağa hazır olduğunu bildirib, lakin...”

Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Moskva iki dəfə NATO-ya üzv olmaq niyyətini açıqlayıb, lakin hər iki müraciətə alyans tərəfindən mənfi cavab verilib.

Prezident bu fikirləri Valday Klubunun Plenar Sessiyasında səsləndirib.

Musavat.com xəbər verir ki, Putin Qərbdə səsləndirilən “Rusiya NATO-ya hücum edə bilər” iddialarını tamamilə mənasız adlandırıb və bunun “boş söz” olduğunu deyib. O, beynəlxalq münasibətlərdə yeni mərhələnin başlandığını vurğulayaraq bildirib ki, yaxın zamanda “diplomatik sənətin renessansına” şahidlik edəcəyik. Prezidentin fikrincə, məhz bu XXI əsr diplomatiyası ruhunda BRİKS və digər regional birliklər genişlənir.

Rusiya lideri müasir dünyada “blok siyasətinin” anakronizmə çevrildiyini, Rusiyaya qarşı tətbiq olunan sanksiya və “cəzalandırıcı tədbirlərin” isə tam uğursuzluqla nəticələndiyini qeyd edib. Putin həmçinin, Rusiyanın Silahlı Qüvvələrinə görə qürur hissi keçirdiyini vurğulayıb və əlavə edib ki, hər bir gücün bir həddi var.

Onun sözlərinə görə, dünyada heç bir qüvvə digər dövlətlərə nə etməli olduqlarını diktə edə bilməz və bu istiqamətdə atılan bütün cəhdlər uğursuzluqla nəticələnib. Prezident bildirib ki, Qərb öz hegemoniyasından imtina etməyə hazır olmayıb və mütləq hakimiyyət istəyinə qarşı dura bilməyib.

Putin vurğulayıb ki, Rusiya Qərblə əməkdaşlığa hazır idi, lakin qarşı tərəf köhnə stereotiplərdən əl çəkmədi. Onun fikrincə, dünyada çoxqütblülüyün formalaşması Qərbin hegemonluğunu saxlamaq cəhdlərinin birbaşa nəticəsidir və bu hegemonluğun süqutu sadəcə zaman məsələsi idi.

Rusiya Prezidenti bildirib ki, beynəlxalq münasibətlərdə hər hansı qərar yalnız bütün tərəfləri və ya əksəriyyəti qane edən razılaşmalar əsasında mümkün ola bilər, əks halda belə qərarlar davamlı ola bilməz. O qeyd edib ki, hazırda dünya səhnəsində vəziyyətə təsir göstərmək istəyən ölkələrin sayı heç vaxt bu qədər çox olmayıb.

Putin əlavə edib ki, çoxqütblü dünya məkanı olduqca dinamikdir, dəyişiklikləri əvvəlcədən görmək çətindir və buna görə də dövlətlər çevik reaksiya verməyə hazır olmalıdırlar. Prezidentin sözlərinə görə, azlığın çoxluğa hökmranlığı dövrü artıq başa çatır və yerini əməkdaşlığa əsaslanan yanaşma tutur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2025

02 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR