İnsanlara hürriyət, millətlərə istiqlal!

Patriotlar aciz qaldı? – Rusiya “Kinjal” raketlərini modernləşdirdi

Rusiya öz raketlərini modernləşdirərək ABŞ istehsalı olan Patriot hava hücumundan müdafiə sistemlərinin qarşısından yayınma qabiliyyəti əldə edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki,, bu barədə The Financial Times məlumat yayıb.

Söhbət “Kinjal” komplekslərindən buraxılan ballistik raketlərin təkmilləşdirilməsindən gedir. Məlumata görə, bu raketlər əvvəlcə adi trayektoriya ilə uçur, daha sonra isə qəfil dalış edir və ya başqa manevrlər edir. Bu, Patriot sisteminin raketdən müdafiə interseptorlarını çaşdırır.

Rəsmi məlumatlar da deyilənləri təsdiqləyir: əgər avqust ayında Ukraynanın hava hücumundan müdafiə qüvvələri rus raketlərinin 37 faizini vururdusa, sentyabrda bu göstərici cəmi 6 faizə enib.

Bir ukraynalı rəsmiyə görə, bu vəziyyət “Rusiya üçün dönüş nöqtəsi” ola bilər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2025

02 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR