İnsanlara hürriyət, millətlərə istiqlal!

Nobel Sülh mükafatı Trampa verilmədi  

Nobel Komitəsi bu ilki sülh mükafatının qalibini açıqlayıb.

Musavat.com
xarici agentliklərə istinadən xəbər verir ki, mükafat Venesuela Milli Assambleyasının keçmiş əməkdaşı və parlament üzvü Maria Korina Maçadoya verilib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Nobel sülh mükafatına iddialı idi. Onun ətrafının hətta bu istiqamətdə Nobel Komitəsi və Norveç hökumətinə təzyiq göstərdiyi də bildirilirdi.

Bir müddət əvvəl Tramp açıq şəkildə bəyan edib ki, mükafatın ona verilməməsini ABŞ xalqına təhqir kimi qəbul edəcək.

Norveç hökumətinin Trampın bu qərardan sonra ölkəyə qarşı əlavə rüsumlar tətbiq edəcəyindən ehtiyatlandığı da qeyd olunurdu.

Yeri gəlmişkən, Polymarket məlumatlarına görə, Trampın Nobel Sülh Mükafatını qazanmaq şansı 3 faiz qiymətləndirilirdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2025

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR