Onlayn ictimai-siyasi qəzet
Norveç öz ərazisində NATO hərbi təlimlərinin sayını artırmağa, həmçinin öz silahlı qüvvələrinin digər alyans ölkələrində daha çox təlimlərdə iştirakına çalışacaq.
Musavat.com xəbər verir ki, bu barədə Norveçin xarici işlər naziri Espen Bart Eyde Avropanın “Euractiv” portalına müsahibəsində bildirib.
"Biz NATO qoşunlarının yerləşdirilməsi üçün şəraitin yaradılmasında, daha çox təlimlərdə son dərəcə maraqlıyıq. Biz onların tez-tez güc nümayişləri və ya havada, dənizdə və quruda birgə əməliyyatlar üçün iştirakını alqışlayırıq", -Eyde deyib.
Eyni zamanda o vurğulayıb ki, Norveç öz ərazisində xarici qoşunlarla hərbi bazaların yerləşdirilməsinin əleyhinədir, çünki bu, Rusiya ilə münasibətlərdə arzuolunmaz gərginlik yaradacaq.
Musavat.com
22 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ