İnsanlara hürriyət, millətlərə istiqlal!

"O şimdi asker" deyirdi, indi isə elə bir VİDEOSU yayıldı ki...

Bir vaxtlar "O şimdi asker" mahnısı ilə məşhurluq qazanan Tuğba Ekinci bu dəfə qeyri-adi reklam videosu ilə gündəmə gəlib.

Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, sənətçi sosial mediada paylaşdığı video ilə müzakirə mövzusuna çevrilib.

Belə ki, Tuğba Ekinci bir məkanın reklamını etmək məqsədilə hərbi kamuflyajda kameralar qarşısına keçib. O, məkanın qarşısında qəribə hərəkətlər sərgiləyib. Bu görüntülər sosial mediada sürətlə yayılıb və çox sayda istifadəçi tərəfindən "Haradan haraya..." şərhləri ilə qarşılanıb.

Tuğba Ekinci 1977-ci il iyunun 4-də Türkiyənin Qars şəhərində anadan olub. Uşaqlıq illəri İstanbulda keçib. Musiqi karyerasına 2005-ci ildə oxuduğu "O şimdi asker" mahnısı ilə başlayıb. Bu mahnı həm sözləri, həm də klipi ilə səs-küyə səbəb olub və müğənniyə şöhrət qazandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyun 2025

01 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR