Onlayn ictimai-siyasi qəzet
Müxalifətçilər əvvəl dua edir, yalnız bundan sonra hakimiyyəti zorakı yolla devirməyin yollarını və imkanlarını müzakirə etməyə başlayırlar.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı, hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının katibi Artur Ovanisyan danışıb.
Erməni deputatın sözlərinə görə, əgər Ermənistanın keçmiş prezidenti Robert Köçəryan onların lideridirsə, deməli, tamamilə məntiqlidir ki, Katolikos da Ktriç Nersisyan (bütün ermənilərin katolikosu II Qareginin dünyəvi adı) olmalıdır. “Onlar dua edir, bundan sonra isə keşiş başlayır müzakirə etməyə ki, insanları necə güllələmək lazımdır, avtomobil təkərlərini necə deşmək lazımdır ki, bu da nəticədə onun özü tərəfindən vəftiz olunmuş və ya evləndirilmiş insanların ölümlə nəticələnən qəzalara uğramasına səbəb olsun. Bu adamların Allahsızlıq səviyyəsini təsəvvür edə bilirsinizmi? Onlar hər şeyə necə də laqeyddirlər. Budur onların mənəvi siması”, – deyə Ovanisyan bildirib.
Musavat.com
09 Iyul 2025
08 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ