İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanda dini məktəbdə zəif oxuyan uşaqların döyüldüyü məlum olub

Özbəkistanda yeniyetmələrin zəif oxumalaı səbəbindən döyüldüyü və alçaldıldığı dini məktəb aşkarlanıb.

Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, bu barədə məlumat yayan Dövlət Təhlükəsizlik Xidməti bildirib ki, məktəb qanunsuz fəaliyyət göstərirmiş.

Bildirirlir ki, dini məktəb Xorəzm vilayətində xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən aşkar edilib. Məktəbdə 16 yeniyetmə təhsil alırdı. İstintaqın məlumatına görə, “təhsil ocağı”nı 44 yaşlı qadın və qızı təşkil edib. Onların nə xüsusi təhsili, nə də dərs demək icazəsi olub.

Müstəntiqlər müəyyən ediblər ki, tapşırıqları yerinə yetirə bilməyən uşaqlar döyülüb, təhqir olunub. Belə "təlim" üçün valideynlər məktəbə 1 milyon som ödəyiblər.

Təşkilatçılara qarşı azyaşlılara işgəncə vermə maddəsi ilə cinayət işi açılıb. Dinin tədrisi prosedurunun pozulması ilə bağlı da inzibati iş açılıb.

Övladlarını din xadimi etmək istəyən valideynlər də məsuliyyətə cəlb ediliblər. Onlar uşaqlarını düzgün tərbiyə etməməkdə ittiham olunublar.

İstintaq davam edir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR