Onlayn ictimai-siyasi qəzet
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəl Atatürk Mədəniyyət Mərkəzindən çıxarkən hücuma məruz qalıb.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd olunub ki, Özgür Özəl bir gün əvvəl vəfat edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Sırrı Süreyya Öndərin dəfn mərasimindən çıxarkən naməlum şəxs tərəfindən üz nahiyəsinə zərbə alıb. Hücum edən şəxs saxlanılıb.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya insidentlə bağlı açıqlamasında S.T. adlı şəxsin saxlanıldığını bildirib, CHP sədrinə qarşı edilən hücumu qınayıb və ona tezliklə sağalmağı arzulayıb.
“Cəmiyyətimizin əmin-amanlığını pozmağa yönəlmiş istənilən hücum və ya zorakılıq cəhdləri qanun qarşısında layiqli cəzasını alacaq”, - deyə Yerlikaya qeyd edib.
Musavat.com
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ