İnsanlara hürriyət, millətlərə istiqlal!

Parisdə müəmmalı ÖLÜM: Səfirin son mesajı sualları artırdı

Xəbər verdiyimiz kimi, Cənubi Afrikanın Fransadakı səfiri Emmanuel Mtetva Parisdə faciəli şəkildə həlak olub.

Musavat.com xəbər verir ki, diplomat "Hyatt" mehmanxanasının 22-ci mərtəbəsindən pəncərədən yıxılmış vəziyyətdə tapılıb.

Fransa prokurorluğunun ilkin açıqlamasına görə, səfirin qaldığı otağın pəncərəsinin təhlükəsizlik mexanizmi qırılıb. Lakin zorakılıq əlamətləri və ya mübarizə izləri aşkarlanmayıb.

Hadisədən az öncə səfirin həyat yoldaşına “üzr və intihar niyyəti” ifadə olunan mesaj göndərdiyi də iddia olunur.

Bu, intihar versiyasını gücləndirsə də, tam qəti qərar verilməyib.

Cənubi Afrika hökuməti ölümü “şok hadisə” adlandırıb və Fransız hüquq-mühafizə orqanları ilə birgə araşdırma aparıldığını bəyan edib.

Buna baxmayaraq, hadisə ilə bağlı hələ açıq qalan suallar çoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR