İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın deputatı: Biz siyasətlə məşğuluq, müxalifət isə şarlatanlıqla

Ermənistanda hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının katibi Artur Ovanesyan müxalifəti sərt tənqid edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, o, bununla bağlı fikirlərini özünün Facebook səhifəsində paylaşıb.

Ovanesyan yazıb ki, siyasətdə ədalətli mübarizə aparan tərəf hakimiyyət təmsilçiləridir, əks tərəf isə şarlatanlıq və aldadıcı davranışlarla məşğuldur:

“Sən siyasətlə məşğul olursan, amma qarşı tərəf şarlatanlıq və aldatmaqla. Sən həqiqəti deyirsən, cavabında qarğış və təhqir eşidirsən. Sən cavab tələb edirsən, amma sənə böhtan atırlar.”

Hakim fraksiya katibi əlavə edib ki, son 7-8 ildə Ermənistanın siyasi həyatı hələ də arzulanan səviyyədən uzaqdır:

“Qarşı tərəf yalnız pulla, talan etdiklərini qorumaq, daha çox oğurlamaq və xarici qüvvələrə xidmət etmək üçün birləşib. Onlar siyasi meydanı cəngəlliyə çevirmək istəyirlər. Anlamırlar ki, həmin ‘cəngəllikdə’ özləri sadəcə qorxaq və tez qaçan dovşanlardır və onların sonu əvvəlcədən bəllidir.”

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR