İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın deputatı: Ermənistanda hərbi və ya hər hansı digər qeyri-qanuni çevrilişlərə yer yoxdur

Ermənistanda terrorizmə, hərbi və ya hər hansı digər qeyri-qanuni çevrilişlərə yer yoxdur.

Musavat.com erməni mediasına istinaədn xəbər verir ki, bu barədə hakim "Vətəndaş sazişi" partiyasından parlament sədrinin müavini Ruben Rubinyan bəyan edib.

Parlament sədrinin müavini bildirib ki, arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi hərəkat əvvəlcə 2018-ci ilin “məxməri inqilabı”nın metodlarını təqlid etməyə çalışıb. Lakin bu yanaşmaların uğur gətirməyəcəyi aydın olduqdan sonra hərəkat rəhbərliyinin hərəkətləri daha aqressiv və nəticə etibarilə terror xarakteri daşımağa başlayıb. “Əvvəlcə onlar 2018-ci il “məxməri inqilabı”nın metodlarını təkrarlamağa çalışdılar. Tavuşdan yürüş etdilər, dinc ideyaları səsləndirdilər. Nitq üslubları da eyni idi. Lakin sonradan bu metodların işə yaramadığı məlum oldu. Bundan sonra, deyək ki, Vazgen Qalstanyan qəzəbləndi və hərəkat daha sərt bir mərhələyə keçdi. Parlamentə hücumu xatırlayaq – o, polis əməkdaşlarını dəbilqələrini çıxarmağa çağırdı, guya təhlükə olmadığını bildirdi. Lakin beş dəqiqə sonra hüquq-mühafizə orqanlarının özlərinə hücum edildi və parlament binasının ələ keçirilməsi cəhdi oldu. Bu cəhd baş tutmadıqda, hərəkat daha sərt xarakter aldı və terrorizmə çevrildi”, – deyə erməni deputat vurğulayıb.

Onun fikrincə, müxalifətin bir hissəsi yayımlanmış səs yazısının etibarlılığını şübhə altına alaraq problemi yayındırmağa çalışır. “Müxalif həmkarlar hər şeyi şübhə altına almağa çalışırlar. Əvvəl dedilər ki, yayılan səsyazmaları süni intellekt tərəfindən yaradılıb. Sonra iddia etdilər ki, bu yazılar montaj olunub. Bu gün isə deyirlər ki, bu sadəcə söhbətdir. Bəs bu necə bir söhbətdir ki, diyakon soruşur: “Əgər mən Nikol, Alen və Araratı öldürsəm, mənə nə olacaq?”. Bu, sadəcə söhbət sayılır? Məsələn, Vazgen Qalstanyan deyir: “Bir neçə nəfəri güllələyin, daha 15 nəfəri həbs edin, ailələrinə kompensasiya verin, onlar da xoşbəxt olsunlar.” Bu nədir? Sadəcə fərziyyə?.. Kontekst tamamilə aydındır. Söhbət konkret siyasi hakimiyyətdən gedir”, – deyə Ermənistan parlamentinin sədrinin müavini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyul 2025

08 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR