İnsanlara hürriyət, millətlərə istiqlal!

Pistorius: Müttəfiqlər ABŞ-ın Ukrayna müharibəsinə marağını itirməməsi üçün çalışır


Birləşmiş Ştatların Ukrayna münaqişəsində tərəfdaş kimi əhəmiyyəti əvəzsizdir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius çərşənbə günü ARD telekanalına verdiyi müsahibədə danışıb.

Onun sözlərinə görə, müttəfiqlər Vaşinqtonun bu münaqişəyə marağını itirməməsi üçün səylər göstərirlər.
“Amerikalılarla Ukrayna məsələsində əlaqəni saxlamaq vacibdir, çünki burada söhbət təkcə regional münaqişədən yox, daha böyük məna kəsb edən məsələlərdən gedir”, – deyə Pistorius bildirib.
“Ona görə də biz onların geri çəkilməməsi üçün çalışmaqda davam edirik. Görək buna nail ola biləcəyikmi”, – deyə o əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR