Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, məşhur aktyor, “Kurtlar Vadisi” serialının əsas siması olan Polat Alemdar obrazının ifaçısı Necati Şaşmaz yaxın vaxtlarda yenidən ekranlara qayıtmağa hazırlaşır. Türkiyə mənbələrinin və sosial medianın yaydığı məlumata görə, Şaşmaz TRT 1-də yayımlanan populyar “Teşkilat” serialına daxil olacaq.
Musavat.com sosial medianın Türkiyə seqmentini izləyib və bildirir ki, bu gözlənilməz dönüş izləyicilər arasında böyük coşqu yaradıb.
Əgər bu xəbər rəsmiləşərsə, bu, “Kurtlar Vadisi” fanatları üçün əsl sürpriz olacaq. Çünki illərdir Polat Alemdar obrazı ilə yadda qalan və tamaşaçılar arasında fenomenə çevrilmiş Necati Şaşmaz, uzun fasilədən sonra bu rolun ruhunu başqa bir serialda yenidən canlandırmış olacaq.
Qeyd edək ki, “Teşkilat” serialı Milli İstihbarat Təşkilatının fəaliyyətinə əsaslanan, gerçək hadisələrdən ilham alaraq hazırlanmış bir aksiyon-dram janrlı layihədir. Necati Şaşmazın bu seriala qatılması onun mövzusuna və istiqamətinə uyğun güclü əlavə kimi qiymətləndirilir.
Musavat.com
19 May 2025
18 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ