Onlayn ictimai-siyasi qəzet
Polşa Prezidenti Andjey Duda Ukraynanın paytaxtı Kiyevə Konstitusiya Günü münasibətilə vida səfərinə gəlib.
Musavat.com xəbər verir ki, bu, onun dövlət başçısı qismində Ukraynaya sonuncu səfəridir.
Rəsmi məlumata görə, Dudanın səlahiyyət müddəti avqustda başa çatır və onu Karol Navrotski əvəz edəcək.
Prezident Duda bəyan edib ki, səfər çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək. Tərəflərin ikitərəfli əməkdaşlıq, təhlükəsizlik məsələləri və regiondakı vəziyyəti müzakirə edəcəyi gözlənilir.
Musavat.com
28 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ