Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Premyer Liqasında 2024/25 mövsümü başa çatıb.
Futbolpress.az-ın məlumatına görə. mövsümdə göstərdiyi performansına görə bəzi futbolçuların dəyəri artıb, bəzilərininki aşağı düşüb.
Çempionatda ən çox dəyəri artan “Qarabağ”ın hücumçusu Nəriman Axundzadədir. 21 yaşlı futbolçunun dəyəri mövsümün əvvəlində 1,2 milyon avro idisə, indi bu rəqəm 1,8 milyon avrodur. Nəriman 600 minlik artımla birinci sırada qərarlaşıb. Axundzadə başa çatan mövsümdə “Qarabağ”la 44 oyunda 11 qol vurub, 12 məhsuldar ötürmə edib.
Dəyəri artanlardan ikinci sırada yenə “Qarabağ”lı qərarlaşıb. Komandanın və Premyer Liqanın 15 qolla bombardiri olan Leandro Andradedə 500 minlik artım olub. Kabo-verdeli futbolçunun hazırda dəyəri 2 milyon avrodur. 25 yaşlı futbolçu 54 oyunda 17 qol vurub, 10 məhsuldar ötürmə edib.
“Üçlüy”ü Konfrans Liqasına vəsiqə qazanan “Araz-Naxçıvan”dan Felipe Santos tamamlayır. Braziliyalı hücumçunun dəyəri 450 min avro artıb. Onun hazırda dəyəri 750 min avrodur. Santos başa çatan mövsümdə 36 oyunda 13 qol vurub.
Ümumilikdə Premyer Liqada top qovan ən bahalı oyunçu Kadi Borgesdir. Qış transfer dönəmində “Ferentsvaroş”dan “Qarabağ”a keçən yarımmüdafiəçinin dəyəri 2,5 milyon avrodur.
04 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ