Onlayn ictimai-siyasi qəzet
44 günlük müharibə dövründə Azərbaycan kütləvi dezinformasiyalara məruz qaldı.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi − Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumunun ikinci günündə deyib.
O qeyd edib ki, azərbaycanlı jurnalistlər və Azərbaycan xalqı həm də bu yalan məlumatlarla mübarizə aparırdı:
“Azərbaycana qarşı dezinformasiya dalğaları olur. Bəşəriyyət olaraq bizim sosial medianı idarə edə bilməməyimiz böyük bir savaşdır. Tənzimləmə haqqında danışanda dərhal buna qarşı əksarqumentlər irəli sürülür. Ancaq hazırda süni zəkada tənzimləmələrlə bağlı beynəlxalq əməkdaşlıq və tərəfdaşlığa ehtiyac duyulur”.
22 Iyul 2025
21 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ