İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Nazarbayevlə niyə görüşdü - Kreml açıqlama yaydı (VİDEO)

Rusiya prezidenti Vladimir Putin dünən Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevlə görüş keçirib.

Musavat.com Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Rusiya-Qazaxıstan münasibətləri, regional əməkdaşlıq və Avrasiya məkanında inteqrasiya məsələləri müzakirə olunub. Tərəflər uzunmüddətli tərəfdaşlığın vacibliyini bir daha vurğulayıblar.

Rəsmi açıqlamaya görə, Prezident Putin Nursultan Nazarbayevin postsovet məkanında inteqrasiya proseslərinə verdiyi töhfəni yüksək qiymətləndirib. Görüş təfərrüatları və bəyanatlar barədə daha geniş məlumat Kremlin rəsmi internet saytında yerləşdirilib.

Lakin görüşlə bağlı bir sıra qeyri -rəsmi mülahizələr də var. Bu mülahizə - iddialara görə Putin Nazarbayevdən ötən ilin dekabrında yaranmış "təyyarə böhranı"nın həllində, münasibətlərin normallmasında tövsiyə və dəstək istəyib.

Qeyd edək ki, Nazarbayev 2019-cu ildə səlahiyyətlərini rəsmi olaraq təhvil versə də, Qazaxıstan siyasətində simvolik və strateji fiqur olaraq qalmaqda davam edir.

O, eyni zamanda Türk Dövlətləri Təşkilatında da yüksək səviyyəli hörmətə malikdir...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

03 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR