İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Şoyqunu Şimali Koreyaya göndərdi – Üç ayda ikinci səfər

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə Pxenyana gedib.

Musavat.com xəbər verir ki, o, Kim Çen In ilə görüşəcək.

Bu, Şoyqunun iki ay ərzində Pxenyana ikinci səfəridir.

Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətindən verilən məlumata görə, danışıqlar zamanı “Rusiya Federasiyası ilə KXDR arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqavilənin bəzi bəndlərinin icrası, habelə Kursk vilayətinin azad edilməsində kömək edən koreyalı döyüşçülərin xatirəsinin əbədiləşdirilməsi” məsələlərinin müzakirə ediləcəyi gözlənilir. Bundan əlavə, beynəlxalq gündəmdəki cari məsələlərin, o cümlədən Ukrayna ətrafında vəziyyətin müzakirə edilməsi planlaşdırılır.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibinin KXDR-ə əvvəlki səfəri martın 21-də olub. Həmin vaxt o, Kim Çen In tərəfindən də qəbul edilib və danışıqlar iki saata yaxın davam edib.

Ukrayna mənbələrinə görə, Şoyqu Pxenyanla Ukrayna ərazisində döyüşmək üçün Şimali Koreyadan əlavə hərbi qüvvələrin gətirilməsi məsələsini müzakirə edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR