İnsanlara hürriyət, millətlərə istiqlal!

Putini daha bir yaxın müttəfiqi tərk edir?

Slovakiyanın baş naziri Robert Fitso bu axşam Avropa İttifaqı sammitindən əvvəl Almaniya kansleri Fridrix Merslə görüşəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Denník N portalı məlumat yayıb.

Görüş zamanı enerji daşıyıcılarının qiymətləri və 2035-ci ildən daxili yanma mühərrikli avtomobillərin satışına qoyulan qadağa müzakirə olunacaq.

Mənbənin məlumatına görə, əgər Slovakiyanın tələbləri sammitin yekun sənədlərinə daxil edilərsə, Fico böyük ehtimalla Rusiyaya qarşı sanksiyaları dəstəkləyəcək.

Baş nazir Fitso bu görüşü bu gün səhər parlamentin Avropa Komitəsinin iclasında elan edib. Görüş saat 21:15-də baş tutmalıdır. Daha əvvəl Fico bildirmişdi ki, əgər Avropa İttifaqı avtomobil sənayesinin maraqlarını nəzərə almazsa, o, Rusiyaya qarşı 19-cu sanksiya paketini bloklayacaq.

Fitsonun sözlərinə görə, Slovakiyanın əsas tələbləri artıq sammitin yekun sənədinin layihəsinə daxil edilib:
“Əgər əldə etdiyimiz bu nəticələr yekun sənədlərdə öz əksini tapsa, mən onları bu axşam bir daha nəzərdən keçirəcəyəm və yəqin ki, kansler Mersə bildirəcəyəm ki, biz 19-cu paketi dəstəkləyirik. Bu paket bizi birbaşa təsirləndirmir, lakin danışıqlar üçün yaxşı alətdir,” – deyə o, deputatlara bildirib.

Gözlənilir ki, 2035-ci ildən daxili yanma mühərrikli avtomobillərin satışına qoyulan qadağa ilə bağlı müzakirələr kompromislə nəticələnəcək. Slovakiya bu məhdudiyyətin yumşaldılmasında israrlıdır.

Fitsonun sözlərinə görə, Aİ sammitində həmçinin karbon emissiyası kvotalarının genişləndirilməsi sistemi də müzakirə olunacaq.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR