Onlayn ictimai-siyasi qəzet
Rusiya Azərbaycan vətəndaşı, şərqşünas Ruslan Süleymanovu “xarici agentlər” siyahısına daxil edib. O, Azərbaycan Diplomatik Akademiyası (ADA) və CBC-Azerbaijan telekanalı ilə əməkdaşlıq edir.
Musavat.com xəbər verir ki, 2017-ci ildən 2022-ci ilə qədər Ruslan Süleymanov TASS xəbər agentliyində çalışıb. Rusiyanın Ukraynaya işğalı başladıqdan sonra etiraz olaraq agentliyi tərk edib.
O, həmçinin “Paxlava Production” kanalının müəllifidir.
Ruslan Süleymanov İnkişaf və Diplomatiya İnstitutunda müstəqil tədqiqatçıdır. O, Azərbaycan və onun regional və qlobal oyunçularla əməkdaşlığı haqqında çoxsaylı məqalələr yazıb. Onun atası Lökbatandan, anası isə İrkutskdandır.
Musavat.com
25 Oktyabr 2025
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ