İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin köməkçisi Kiyevə zəng vurdu: Trampın xəbərdarlığı Moskvanı hərəkətə keçirib

Rusiya Ukraynaya nizamlanma üzrə memorandumların mübadiləsi üçün yaxın günlərdə danışıqların ikinci raundunun dəqiq tarixini və yerini təklif edib.

Musavat.com xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin köməkçisi, Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski deyib.

O, bildirib kii, Ukraynanın müdafiə nazirli: "Bütün dünya agentlikləri tərəfindən yayılan xəbərləri oxudum ki, guya bizim hələ hazırlamadığımız memorandumla bağlı Umerov mənə zəng edib. Guya ki, ruslar tələsmirlər. Mən şərh verəcəm. Hər şey demək olar ki, belə idi. Yalnız tərsinə. Mən bu gün Umerova zəng etdim və memorandumların mübadiləsi üçün görüşün dəqiq tarixini və yerini təklif etdim. Elə oradaca biz gələcək atəşkəslə bağlı paket sazişinin hər bir bəndinin mənalı, əsaslı müzakirəsinə başlamağa hazırıq. Ukrayna tərəfi məsləhətləşməyə getdi. Biz onlardan mümkün qədər tez təsdiq gözləyirik və təyin etdiyimiz tarixdə - yaxın günlərdə şəxsən görüşməyə və işə başlamağa hazırıq”.

Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların tətbiqi vaxtının gəldiyini elan edib. Bu, Moskvada ciddi təşvişə səbəb olub. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Trampı üçüncü dünya müharibəsi ilə hədələyib, ardınca müxtəlif Rusiya rəsmiləri gah Trampa səhv məlumat verildiyi, gah da Ukrayna ilə danışıqları yubatmadıqlarına dair açıqlamalarla çıxış ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 May 2025

29 May 2025

BÜTÜN XƏBƏRLƏR