İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qalatasaray"la Osimhenlə bağlı pis XƏBƏR

"Napoli" Viktor Osimheni 70 milyon avroya satmayıb.

Musavat.com Trend-ə istinadən bildirir ki, Fabritsio Romanonun məlumatına görə, Neapol klubu bu gün "Qalatasaray" tərəfindən göndərilən yeni rəsmi təklifi rədd edib. Türkiyə klubu 70 milyon avro təklif edib və ödənişə zəmanət üçün bank sənədlərini də təqdim edib.

Lakin "Napoli"nin prezidenti Aureljo De Laurentiis hücumçu üçün 75 milyon avro istəyir və İstanbul klubunun şərtlərini qəbul etməyib.

Qeyd edək ki, Osimhen ötən mövsüm icarə əsasında "Qalatasaray"da çıxış edib və Türkiyə çempionatında 30 oyunda 26 qol vurub və 5 məhsuldar ötürmə verib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2025

13 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR