Onlayn ictimai-siyasi qəzet
İçki içdiyinə görə qohumuna irad bildirən qazi kobud cavab aldığı üçün dava düşüb. Dava zamanı qazi bakalla qohumunun başından zərbə vurub. Qohumu da onu bıçaqlayıb.
Musavat.com-un xəbərinə görə, hadisə Şirvanda baş verib.
Şirvana qonaq gedən Vüqar orada tanışı Valehgildə qalıb. Həmin gün birlikdə kafeyə gediblər. Vüqar kafedə qohumu Əlizamanı görüb. Həmin vaxt Əlizaman içkili olub və başqa bir şəxslə domino oynayırmış.
Vüqar Əlizamanı yanına çağırıb. Əlizaman domino oynadığını deyərək bir azdan gələcəyini bildirib. Bir az sonra Vüqar yenidən Əlizamanı yanına çağırıb və ona niyə içki içdiyini deyib. İçkini azaltmasını tələb edib. Bu zaman sərxoş olan Əlizaman Vüqara söyüşlə cavab verib. Buna əsəbiləşən Vüqar masadan götürdüyü bakalla Əlizamanın başından bir dəfə zərbə vurub. Onların davasını ətrafda olanlar sakitləşdirib.
Vüqarın bu hərəkətini həzm edə bilməyən Əlizaman axşam bıçaq götürərək Vüqarın yaşadığı evə gedib və onu küçəyə çağırıb. Küçədə başlayan davada Əlizaman Vüqara iki bıçaq zərbəsi vurub. Əlizaman barəsində ayrıca cinayət işi açılıb.
Vüqar isə törətiyi əmələ görə xuliqanlıqda ittiham olunaraq məsuliyyətə cəlb edilib.
Məhkəmə istintaqı zamanı tərəflər bir-birindən şikayətçi olmayıb. Hər ikisi peşman olduqlarını, bir-birlərini bağışladıqlarını deyiblər.
Hadisədən sonra saxlanılan zaman 4 gün həbsdə qalan Vüqar barəsində məhkəmə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri qüvvədə saxlanılıb.
Qeyd edək ki, Vüqar 44 günlük Vətən müharibəsindəki iştirakına görə “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
İ.Muradov
Musavat.com
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ