İnsanlara hürriyət, millətlərə istiqlal!

Qətər Avropa İttifaqını hədələdi: Brüssel təlaşa düşüb

Qətər Brüsseli Avropa İttifaqı ərazisində işləyən şirkətlərdə məcburi əmək və ətraf mühitə dəyən zərərlə bağlı araşdırmanı zəruri edən qanununa cavab olaraq qaz tədarükünü kəsməklə hədələyib.

Musavat.com xəbər verir ki, Qətərin Belçikaya göndərdiyi məktub Reuters-in əlinə keçib.

Qətər ABŞ və Avstraliyadan sonra dünyanın üçüncü ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) ixracatçısıdır. 2022-ci ildə Ukraynada müharibə başlayandan bəri ölkə Avropanın LNG tədarükünün 12 faizindən 14 faizə qədərini təmin  edib.

Mayın 21-də Qətərin energetika naziri Saad əl-Kaabi Belçika hökumətinə ünvanladığı məktubda ölkəsinin Aİ-də fəaliyyət göstərən böyük şirkətlərdən təchizat zəncirlərində insan haqları və ətraf mühit problemlərini müəyyənləşdirməyi və həll etməyi tələb edən Aİ-nin Direktivinə (CSDDD) cavab verdiyini bildirib:  “Sadə dillə desək, CSDDD-də əlavə dəyişikliklər edilmədikcə, Qətər dövləti və QatarEnergy-nin bizim LNG və digər məhsullar üçün Aİ-dən kənarda alternativ bazarları ciddi şəkildə nəzərdən keçirməkdən başqa seçimi olmayacaq”.

Avropa Komissiyası həmçinin Qətərdən mayın 13-də məktub alıb. AK sözçüsü Reuters agentliyinə bildirib ki, Aİ qanunvericiləri və digər ölkələr hazırda CSDDDD-yə dəyişikliklərlə bağlı danışıqlar aparırlar: "Onlar indi danışıqlar aparmalı və Komissiyanın təklif etdiyi əhəmiyyətli sadələşdirmələri qəbul etməli olacaqlar".

Bu ilin əvvəlində Brüssel tələbləri yumşaltmaq üçün CSDDD-yə dəyişiklikləri təklif edib. Bu, qanunun qüvvəyə minmə müddətinin bir il  - 2028-ci ilin ortalarına qədər təxirə salmaq, şirkətlərin tədarük zəncirlərində keçirməli olacaqları yoxlamaların sayını məhdudlaşdırmaq və sair idi. Tələblərə əməl etməyən şirkətlər qlobal dövriyyələrinin 5 faizə qədər cərimə ilə üzləşə bilər.

Qətər CSDDD-nin iqlim planları üçün tələbləri ehtiva edən hissəsini silməyi təklif edib.

Kaabi həm də QatarEnergy-nin baş icraçı direktorudur. QatarEnergy qazının Shell, TotalEnergies və ENI kimi iri Avropa şirkətləri ilə uzunmüddətli qaz tədarükü müqavilələri var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyul 2025

29 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR