Onlayn ictimai-siyasi qəzet
Qətər Qəzza zolağında münaqişənin həlli üçün danışıqları davam etdirmək istiqamətində Misir və ABŞ ilə koordinasiyaya başlayıb.
Musavat.com xəbər verir ki, açıqlama ilə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari çıxış edib.
Diplomat özünün X səhifəsində yazıb: “Qətər Dövləti plan üzrə müzakirələri davam etdirmək və müharibəyə son qoymaq üçün vasitəçilik üzrə tərəfdaşları – Misir Ərəb Respublikası və Amerika Birləşmiş Ştatları ilə işləməyə başlayıb”.
Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin bildirib ki, Qətər HƏMAS-ın hərəkatın ABŞ prezidentinin münaqişənin həlli ilə bağlı təklif etdiyi planla razılaşdığını və mübadilə çərçivəsində bütün girovları azad etməyə hazır olduğunu elan etməsini alqışlayır.
Musavat.com
04 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ