İnsanlara hürriyət, millətlərə istiqlal!

Qətərə atılan 10 raketdən 9-u havada vurulub – Al-Arabiya

İranın Qətərdəki ABŞ hərbi bazasına endirdiyi raket zərbələrinin əksəriyyəti hədəfə çatmayıb.

Musavat.com xəbər verir ki, bu barədə Al-Arabiya telekanalı məlumat yayıb. Məlumata görə, atılan 10 raketdən 9-u hava hücumundan müdafiə sistemləri tərəfindən havada zərərsizləşdirilib.

Yalnız bir raketin bazanın ərazisinə – açıq sahəyə düşdüyü qeyd olunur. Həmin raketin zərəri və ya insan itkisinə səbəb olub-olmadığı barədə hələlik rəsmi açıqlama verilməyib.

Eyni zamanda sosial şəbəkələrdə raket zərbəsinin bazaya çatdığı anı əks etdirən görüntülər yayılıb. Lakin yayımlanan videoların orijinallığı və hadisə ilə birbaşa əlaqəsi müstəqil şəkildə təsdiqlənməyib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

23 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR