İnsanlara hürriyət, millətlərə istiqlal!

Qiyamət günü stansiyasından ŞOK MESAJ - sirli siqnallar, “ölü əl” və…

Rusiyaya aid olduğu güman edilən və uzun illərdir sirlər içində fəaliyyət göstərən “UVB-76” adlı qısa dalğalı radiostansiya yenidən gündəmə gəlib.

Musavat.com xəbər verir ki, “UVB-76 Loqları” adlı “Telegram” səhifəsinin məlumatına görə, "Qiyamət günü stansiyası" son günlərdə iki yeni müəmmalı siqnal ötürüb.

Veriliş zamanı dinləyicilər efirdə “luçotorq” və “kopna” sözlərini eşidiblər. Bu sözlərin mənası və məqsədi hələ də aydın deyil.

Qeyd olunur ki, bu stansiyanın siqnalı yer kürəsinin istənilən nöqtəsində, hətta ən uzaq bölgələrdə belə qəbul edilə bilər. Buna baxmayaraq, onun kim tərəfindən idarə olunduğu və əsas funksiyasının nə olduğu sirr olaraq qalır.

Stansiyanın zaman-zaman rus dilində səsləndirdiyi rəqəmlər, qəribə sözlər və qeyri-adi kodlu cümlələr uzun müddətdir tədqiqatçıların və konspiroloqların diqqət mərkəzindədir. Məhz bu səbəbdən “UVB-76” tez-tez “Jujjalka” – yəni “vızıltı” adı ilə də tanınır.

Bəzi nəzəriyyələrə görə, bu siqnallar böyük siyasi və hərbi hadisələrdən əvvəl yayımlanır və müəyyən xəbərdarlıq xarakteri daşıyır. Bununla belə, bu iddialar nə sübuta yetirilib, nə də rəsmi şəkildə təkzib olunub.

Fərqli versiyalar arasında stansiyanın nüvə sualtı qayıqları ilə əlaqə saxlaması, strateji silah sistemlərinə nəzarət etməsi və hətta yadplanetlilərlə rabitə yaratmaq məqsədi daşıması da yer alır. Ən çox müzakirə olunan fərziyyələrdən biri isə “UVB-76”nın “Ölü əl” adlı avtomatik cavab sisteminə bağlı olmasıdır. İddialara əsasən, əgər Rusiyaya qarşı nüvə hücumu olarsa və stansiyanın siqnalı dayanarsa, bu “qiyamət günü” silahlarının işə düşməsi üçün siqnal ola bilər.

Hazırda isə UVB-76-nın haradan yayımlandığı və bu sirli siqnalların arxasında kimin dayandığı hələ də qaranlıq qalır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyun 2025

02 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR