İnsanlara hürriyət, millətlərə istiqlal!

Qonşudakı gənc qızı öldürüb intihar etdi

Ankarada qonşusunun evinə girərək 21 yaşlı qızı başından vuraraq öldürən şəxs eyni silahla intihar edib. Qonşuların atəş səsini eşitmədiyi binada hər iki şəxsin tək yaşadığı öyrənilib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Ankaranın Çubuk rayonunda qonşusunun evinə girən şəxs 21 yaşlı qızı qətlə yetirib. Həmin şəxs qətldən sonra eyni silahla intihar edib.

Məlumata görə, hadisə Naim küçəsi, Yıldırım Beyazıt Şehit Mustafa Aslan küçəsində yerləşən binada baş verib. M.A. adlı şəxs qonşusu H.Ç.nin evinə daxil olub. O, əvvəlcə tapança ilə gənc qızın başına atəş açıb, daha sonra özünü vuraraq intihar edib.

Binada hər iki şəxsin tək yaşadığı və qonşu olduqları öyrənilib. Onların işdəki dostları işə gəlməyən dostlarından şübhələnib və polisə xəbər veriblər. Xəbər əsasında hadisə yerinə polis və tibb qrupları göndərilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 May 2025

BÜTÜN XƏBƏRLƏR