İnsanlara hürriyət, millətlərə istiqlal!

Qriqoryan yenidən Hindistana gedir: Yeni ittifaq, yeni təxribatlar?

Bölgədə sabitliyi pozan fəaliyyətləri ilə diqqət çəkən Ermənistan növbəti dəfə Hindistanla təmaslara başlayıb.

Musavat.com xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mayın 12-də Hindistanın paytaxtı Nyu-Delhiyə səfər edəcək.

Rəsmi məlumata görə, səfər çərçivəsində Qriqoryan Hindistanın Baş naziri Narendra Modinin milli təhlükəsizlik üzrə müşaviri Acit Doval ilə görüş keçirəcək.

Görüşdə hərbi-strateji məsələlərin, xüsusilə də Ermənistanın Hindistandan silah alışı və regional mövqelərinin koordinasiyası müzakirə olunacaq.

Son dövrlər Hindistan mediasında Azərbaycana və Türkiyəyə qarşı artan qərəzli çıxışlar, sosial şəbəkələrdəki boykot çağırışları və erməni lobbisinin fəallaşması bu səfəri təsadüfi etməkdən uzaqlaşdırır.

 

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 May 2025

BÜTÜN XƏBƏRLƏR