İnsanlara hürriyət, millətlərə istiqlal!

Respublika hərbi polisinin keçmiş rəisi həyəcan təbili çaldı: “Şuşa Bəyannaməsi işə düşə bilər”

Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvan səfəri hələ də ciddi şəkildə müzakirə olunmaqdadır. Xüsusilə, onun Ağrı dağının fonunda çəkdirdiyi foto daha çox diqqətləri cəlb edib.

ROVSEN.jpg (15 KB)

Azərbaycan Müdafiə Nazirliyinin hərbi polisinin keçmiş rəisi, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, Lavrovun İrəvana səfəri zamanı davranışları və bəyanatları təkcə Ermənistana deyil, Türkiyə və Azərbaycana da mesaj idi:

“Lavrov Ağrı dağı fonunda şəkil çəkdirib paylaşmaqla Ermənistana və Türkiyəyə mesaj verdi ki, Ermənistan Ağrı dağına iddiasından əl çəkə bilməz.

Rusiya Ermənistanda daha da möhkəmlənməyə çalışır. Hesab edir ki, bunu etməsə, Ermənistan Türkiyə və Azərbaycanla əlaqələr quracaq, Rusiyadan asılılığı get-gedə azalacaq. Ona görə də Lavrovun Ermənistana səfəri həyata keçirildi.

Rusiya Türkiyə ilə açıq qarşıdurmaya getməz. Lakin Ermənistana həm Türkiyə, həm də Azərbaycanla münasibətlər qurmaması üçün müxtəlif yollarla təsir etməyə çalışa bilər.

Ermənistanın Rusiyanın gizli təhriki ilə Azərbaycana qarşı təxribatlar həyata keçirəcəyi ehtimalı get-gedə artır. Rusiya aranı qarışdıra bilər. Azərbaycan ayıq-sayıq olmalıdır. Hazır olmalıdır.

Eyni zamanda Ermənistan bilməlidir ki, Azərbaycana qarşı təxribatlar, hücumlar olacağı halda Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi işə düşə bilər. Bunun qarşısını Rusiya da ala bilməz”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 May 2025

30 May 2025

BÜTÜN XƏBƏRLƏR