Onlayn ictimai-siyasi qəzet
Amerika Birləşmiş Ştatları kolumbiyalı senator Migel Uribeyə qarşı sui-qəsd cəhdini qətiyyətlə pisləyir.
“Report” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio “X” hesabındakı paylaşımda bildirib.
Dövlət Departamentinin rəhbəri insidenti ölkə hökumətinin ən yüksək səviyyələrindən gələn ritorika ilə əlaqələndirib:
“Birləşmiş Ştatlar senator Migel Uribeyə sui-qəsd cəhdini qəti şəkildə pisləyir. Bu, demokratiya üçün birbaşa təhlükədir və Kolumbiya hökumətinin ən yüksək səviyyələrindən gələn aqressiv solçu ritorikanın nəticəsidir”, - deyə o qeyd edib.
Rubio həmçinin Kolumbiya prezidenti Qustavo Petronu ölkə rəsmilərini müdafiə etməyə çağırıb:
“Bu hücuma görə məsuliyyət daşıyanlar ədalət qarşısında cavab verməlidir”.
27 Iyul 2025
00:43 İsrail bu gecə Qəzzaya bomba yerinə ərzaq atacaq –C‑130J‑30 təyyarələri səfərbər olunub - FOTO
26 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ