Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, əməkdar jurnalist Rauf Arifoğlu TV Musavat-ın “Canlı Debat” proqramında politoloq və aparıcı Emil Salamoğlunun suallarını cavablandıraraq, bölgədə gedən prosesləri geniş təhlil edib.
Rauf Arifoğlunun sözlərinə görə, hazırda Ermənistan və Azərbaycan arasında yekun sülh mərhələsinə daxil olan proseslər xüsusi həssas mərhələdədir və məhz bu mərhələdə Rusiya faktiki olaraq prosesin kənarında qalıb.
O qeyd edib ki, Ermənistan və Azərbaycan öz aralarında elə bir geosiyasi konfiqurasiya yaradıblar ki, nəticədə Rusiya həm İrəvan, həm də Bakı üçün əvvəlki kimi dominant vasitəçi mövqeyində deyil. Bununla yanaşı, Zəngəzur dəhlizi layihəsi çərçivəsində Moskvanın əsas maraqları indiyədək tam təmin olunmayıb.
Jurnalistin fikrincə, məhz bu səbəbdən Rusiya indi həm Ermənistan, həm də Azərbaycana qarşı müəyyən siyasi-diplomatik narazılıqlarını və qəzəbini nümayiş etdirir. Arifoğlu vurğulayıb ki, Moskva xüsusilə postsovet məkanında yaşayan milyonlarla miqrantı, o cümlədən böyük Azərbaycan icmasını potensial təzyiq aləti kimi istifadə etməkdə davam edir.
Rauf Arifoğlu bu yanaşmanı belə izah edib:
“Rusiya indiki mərhələdə istədiklərini ala bilmədiyi üçün həm Ermənistan, həm də Azərbaycana qarşı özünəməxsus əsəbi mövqe sərgiləyir..."
Musavat.com həmin verilişi izləməyi tövsiyə edir və oxucuların diqqətini bu vacib təhlillərə yönəldir:
Musavat.com
07 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ