Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib ki, Rusiya məhkəməsi Ukrayna silahlı qüvvələrinin tərəfində vuruşan Azərbaycan, Belçika və İsveçdən olan muzdlulara hökm oxuyub.
Musavat.com bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilir ki, Həsən Anar oğlu Məmmədov, Maksim Rocer Henri Barat və Tobias Enquist müharibə və digər cinayətlər törətməkdə ittiham olunurlar. Onlar 14 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hələlik bu iddiaya Azərbaycanın rəsmi qurumlarından açıqlama gəlməyib.
Görünən budur ki, şimaldan ölkəmizə qarşı müxtəlif səviyyələrdə təhdid və təzyiqlər işə salınıb.
Musavat.com
06 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ