İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya neft sənayesinə ŞOK ZƏRBƏ – VİDEO

Avqustun 12-dən 13-nə keçən gecə pilotsuz uçuş aparatları (PUA) Rusiyanın bir sıra regionlarına, xüsusilə Bryansk və Volqoqrad vilayətlərinə hücum edib.

Musavat.com xəbər verir ki, ilkin məlumatlara görə, hücumların əsas hədəfi ölkənin neft emalı müəssisələri olub.

Bryansk vilayətində PUA-lar Vısokoye kəndində yerləşən “Drujba” neft kəmərinin “Uneça” xətti üzrə istehsal və idarəetmə stansiyasına (LPDS) yönəldilib.

Bu stansiya Rusiya üçün strateji əhəmiyyət daşıyan infrastrukturlardan biridir və neft kəmərinin işləməsi ölkənin enerji təhlükəsizliyi üçün kritikdir.

Vilayət sakinləri bildirir ki, avqustun 13-nə keçən gecə pilotsuz təyyarələr yenidən Uneça şəhəri və ətraf rayonlara hücum edib. Hücumun hədəfi bir daha Vısokoye kəndindəki “Uneça” LPDS stansiyası olub.

Bryansk vilayətinin qubernatoru bildirib ki, gecə ərzində bölgə üzərində 12 PUA məhv edilib və insident nəticəsində insan itkiləri qeydə alınmayıb.

Hücumlar regionda narahatlıq yaradıb, təhlükəsizlik qüvvələri vəziyyəti nəzarət altında saxlamaq üçün səfərbər edilib.

Ekspertlər bildirirlər ki, son hücumlar Rusiya neft infrastrukturuna qarşı təhlükələrin artdığını göstərir və enerji sektorunda əlavə təhlükəsizlik tədbirlərinin görülməsini zəruri edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR