İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya nümayəndə heyəti İstanbulda: Ukrayna bu güzəştlərə hazırdır

Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə iyunun 2-nə planlaşdırılan danışıqlarda iştirak etmək üçün İstanbula çatıb.

Musavat.com xəbər verir ki, məlumatı TASS yayıb.

Qeyd edək ki, nümayəndə heyətinin bir neçə saat əvvəl Türkiyəyə yola düşdüyü bildirilmişdi. Heyətə Vladimir Putinin köməkçisi Vladimir Medinski başçılıq edir.

Ukrayna nümayəndə heyətinə isə müdafiə naziri Rustem Umerov rəhbərlik edəcək. "Obşchestvennoye. Novosti" nəşrinin məlumatına görə, Ukraynanın hazırladığı memorandumda Kiyevin Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə ləğvinə razılıq verməsi əksini tapıb. Memorandumda qeyd olunur: "Sanksiyalar: bəzi məhdudiyyətlər Rusiyadan götürülə bilər, lakin mərhələli şəkildə və yalnız tədricən".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR