Onlayn ictimai-siyasi qəzet
Birləşmiş Ştatlar hesab edir ki, Rusiyanın “Hörümçək toru” əməliyyatına cavabı hələ bitməyib.
Musavat.com xəbər verir ki, məlumatı Reuters Amerika rəsmilərinə istinadən yayıb. Bildirilir ki, Vaşinqtona görə, Moskva çox güman ki, raket və dron zərbələri də daxil ola biləcək genişmiqyaslı çoxşaxəli hücuma hazırlaşır.
Bir məmurun fikrincə, cavab asimmetrik olacaq - yəni onun məqsədləri və xarakteri Ukraynanın hərəkətlərinə güzgü cavabı olmayacaq. Başqa bir amerikalı məmur bildirib ki, zərbə yaxın günlərdə həyata keçirilə bilər, lakin dəqiq vaxt məlum deyil.
İyunun 6-da Rusiya Kiyevi irimiqyaslı atəşə tutub və Rusiya Müdafiə Nazirliyi bunu “Ukrayna terror aktlarına” cavab adlandırıb. Lakin ABŞ hesab edir ki, bu, daha böyük kampaniyanın yalnız başlanğıcıdır.
Qərb diplomatları ehtimal edirlər ki, gələcək zərbələr Ukraynadakı simvolik hədəflərə, məsələn, hökumət binalarına və ya Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) obyektlərinə yönələ bilər.
"Bu, böyük, qəddar, amansız hücum olar. Amma ukraynalılar cəsur xalqdır", - diplomatlardan biri deyib.
Carnegie Endowment eksperti Maykl Kofman Rusiyanın eskalasiya imkanlarının məhdud olduğunu qeyd etsə də, SBU-nun qərargahına və ya müdafiə zavodlarına hücumların ehtimal olunacağını proqnozlaşdırır. Kofman deyir: “Yəqin ki, onlar SBU-nun qərargahını və ya digər regional kəşfiyyat binalarını vurmağa cəhd edəcəklər... Bir sözlə, Rusiyanın artıq etdiyi – və son bir ayda etməyə çalışdığı – hücumlarını əhəmiyyətli dərəcədə artırmaq imkanları kifayət qədər məhduddur”.
Musavat.com
08 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ